Pakistan Hava Limanları İdarəsi ölkənin hava məkanının mülki aviasiya üçün açıq və tamamilə təhlükəsiz olduğunu bildirib...
Poliqon xəbər verir ki, departamentin bəyanatını Samaa TV yayıb.
“Bütün hava limanları yenidən fəaliyyətə başlayıb”, deyə bəyanatda bildirilir. Qeyd edək ki, Hindistanın “Sindur” əməliyyatına başlaması səbəbindən Pakistan üzərindən uçuşlar dayandırılmışdı.
Saama TV xəbər verir ki, departament sərnişinlərə hava limanına getməzdən əvvəl aviaşirkətlərlə uçuş cədvəllərini yoxlamağı tövsiyə edib.
Xatırladaq ki, mayın 7-nə keçən gecə Hindistan ordusu Pakistanın sərhəd bölgəsini raketlərdən atəşə tutub. Qərar aprelin 22-də Pahalqamda baş verən terror aktına cavab olaraq qəbul edilib.Pakistan Müdafiə Nazirliyinin məlumatına görə, Hindistan Hərbi Hava Qüvvələrinin endirdiyi zərbələr nəticəsində 26 nəfər ölüb, 40-dan çox insan yaralanıb.Pakistan hava məkanını 48 saat müddətinə bağladığını elan edib və qırıcı təyyarələri havaya qaldırıb.
Poliqon.info