Oğuzda yol-nəqliyyat hadisəsi baş verib.
Rayonun Zərrab kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Zərrab kəndində qeydə alınıb. VAZ-21012 markalı avtomobilin idarəetmədən çıxması nəticəsində iki nəfər xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Baş vermiş avtomobil qəzasının səbəbləri araşdırılır.