EN

Restoranda biabırçılıq: ANBAAN GÖRÜNTÜLƏR

Ankaranın Ulus bölgəsində yerləşən restoranlardan birində maraqlı hadisə yaşanıb. 

News24.az xəbər verir ki, özünəxidmət restoranında yemək yeyən şəxs yeməyinin sonunda qəfil iddia ilə çıxış edərək, yeməkdə tük tapdığını bildirib və pulunun geri qaytarılmasını tələb edib. İşçilər onun iddiasına şübhə ilə yanaşsalar da, müştərinin israrlı təkidi nəticəsində ödəniş geri qaytarılıb.

Lakin hadisə bununla bitməyib. Restoran rəhbərliyi hadisədən sonra təhlükəsizlik kameralarının görüntülərini izlədikdə, tamamilə fərqli mənzərə ortaya çıxıb. Kadrlarda həmin şəxsin cibindən tük çıxarıb, onu bilərəkdən yeməyin içinə qoyduğu aydın şəkildə görünür. Görüntülərdən aydın olur ki, bu hadisə əvvəlcədən planlaşdırılmış və məqsədli şəkildə həyata keçirilib.

Restoran rəhbərliyi məsələyə hüquqi qiymət verilməsi üçün aidiyyəti orqanlara müraciət etdiklərini açıqlayıb. Bildirilib ki, bu cür davranışlar yalnız müəssisələrə deyil, digər müştərilərə də zərər vurur və yalan iddialarla qazanc əldə etmək cəhdlərinin qarşısı alınmalıdır.

Sözügedən video üçün klikləyin.

Aqil


Chosen
0
news24.az

1Sources