EN

Yunanıstan və Misir kabel çəkilişi barədə saziş imzalayıb

Bakı. Trend:

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və MisirinPrezidenti Əbdül Fəttah Əs-Sisi Afrikadan Avropaya elektrikenerjisinin ötürülməsi məqsədilə Aralıq dənizinin dibi ilə elektrikkabelinin çəkilişi barədə saziş imzalayıblar.

Trend-inməlumatına görə, bu barədə “Associated Press” xəbər yayıb.

“Bu, sadəcə iki ölkə arasında əməkdaşlıq deyil, Yunanıstanvasitəsilə bütün Avropaya birbaşa bağlantı yaradacaq regionalstrateji layihədir”, – Əbdül Fəttah Əs-Sisi bildirib.

Baş nazir Mitsotakis isə qeyd edib ki, bu layihə sayəsində ucuzenerji, xüsusilə külək enerjisi Yunanıstana və oradan da bütünAvropaya nəql edilə biləcək.

Məlumata əsasən, Aralıq dənizinin şərq sahili boyunca çəkilməsinəzərdə tutulan kabelin uzunluğu təxminən 1 000 kilometr, ötürməgücü isə 3 000 meqavat olacaq. Layihə Avropa İttifaqının dəstəyinialıb və bu da maliyyə baxımından irihəcmli dəstək gözləntilərinəzəmin yaradır.

Layihəyə özəl sektor nümayəndəsi kimi Yunanıstanın “CopelouzosGroup” şirkəti də cəlb olunub. Kabelin istismara verilməsi növbətibeş il ərzində planlaşdırılır.

Qeyd edək ki, 2021-ci ildə Yunanıstan və Misirin enerjiqurumları günəş və külək enerjisinin ötürülməsi üçün sualtı kabellayihəsi üzrə ilkin əməkdaşlıq memorandumu imzalamışdılar.

Chosen
0
az.trend.az

1Sources