ABŞ prezidenti Donald Tramp Tehrana ultimatum verib və qeyd edib ki, İran sadəcə olaraq nüvə silahına malik olmamllıdır. Ölkə rəhbərliyi əks qərar verərsə, ABŞ-ın cavabı sərt olacaq.
“Biz İranın uğurlu ölkə olmasını istəyirik…. Amma onlar nüvə silahına sahib ola bilməzlər. Əgər başqa yolla getməyə qərar versələr, bu, çox üzücü olar və biz bunu etmək istəməzdik. Amma başqa seçimimiz yoxdur.”, – Donald Tramp bildirib.
Xatırladaq ki, daha əvvəl Vaşinqtonda ABŞ dövlət katibi və prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini icra edən Marko Rubio müfəttişlərə İranın bütün nüvə obyektlərinə giriş icazəsi verilməli olduğunu bildirmişdi.
O, “Fox News” telekanalının efirində demişdi ki, dinc nüvə proqramları olan ölkələr öz obyektlərini MAQATE-dən gizlətmirlər və İranın bütün nüvə obyektlərində yoxlamalara icazə verilməsi İranın nüvə proqramının silah yaratmaq məqsədi daşımadığını göstərəcək.
//Samir Qurbanov, Editor.az