EN

Varşava Universitetinin kampusunda dəhşət: Balta ilə hücum edib qadının başını kəsdi

Varşava Universitetinin kampusunda insanlara balta ilə hücum edilib.

Publika.az xəbər verir ki, bu barədə məlumatı paytaxt polisi "X" sosial şəbəkəsində yayıb.

“Əlində baltalı bir adam Varşava Universitetinin kampusuna girərək oradakı insanlara hücum etdi. O, 22 yaşlı Polşa vətəndaşı olub”, – deyə məlumatda bildirilib.

Hadisə nəticəsində bir qadın ölüb. Həmin şəxs qadının başını kəsib. Daha bir şəxs isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Chosen
0
publika.az

1Sources