Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, insanlar ona sual verməkdə davam edirlər: Robert Köçəryan və Serj Sarkisyan niyə hələ də azadlıqdadır?
Modern.az xəbər verir ki, Nikol Paşinyan bu haqda mayın 7-də parlamentin iclasındakı çıxışı zamanı danışıb.
"Ölkədə bu qədər problemlər var, amma mən hara gedirəmsə, həmişə eyni sual verirlər: Köçəryan və Sarkisyan niyə azaddır? Mən artıq ehtiyatla kəndlərə girirəm - mən bu fenomeni başa düşmürəm", - Paşinyan parlamentdə deyib.
O, müxalif deputatlara adi danışıq tərzində - “ara”,- deyə müraciət edərək bildirib:
"Ara, gedin sakitləşin. İnsanları həbs edən biz deyilik, bunu müvafiq orqanlar edir", - Paşinyan söyləyib