Bakı. Trend:
ABŞ-nin mərkəzi bankı funksiyasını yerinə yetirən FederalEhtiyat Sistemi (Fed) baza faiz dərəcəsini əvvəlki səviyyədəsaxlayıb.
Trend xəbər verirki, Federal Açıq Bazar Əməliyyatları Komitəsi (FOMC) federalfondlar üzrə faiz dərəcəsinin hədəf diapazonunu 4,25–4,5 %səviyyəsində qoruyub. Bu barədə qərar qurumun rəsmi saytında dərcolunub.
Bəyanatda qeyd olunub ki, gələcəkdə faiz dərəcəsinə düzəlişlərinmiqyası və müddəti iqtisadi göstəricilər, dəyişən iqtisadiperspektivlər və risk balansı nəzərə alınmaqla müəyyənediləcək.
“İşsizlik səviyyəsi aşağı olaraq qalır, əmək bazarı sabitdir.İnflyasiya isə hələ də yüksək səviyyədədir”, – deyə tənzimləyicivurğulayıb.
Fed, həmçinin xəzinə və agentlik borcları ilə yanaşı, ipotekailə təmin olunmuş qiymətli kağızlar ehtiyatlarını azaltmağa davamedəcəyini bildirib.
Komitə maksimum məşğulluğun təmininə və inflyasiyanın 2 faizlikhədəfə qaytarılmasına sadiq olduğunu bir daha bəyan edib.
Növbəti faiz dərəcəsi qərarı iyunun 18-də açıqlanacaq.