EN

Oğuz qəzasında xəsarət alanların kimliyi BİLİNDİ

Xəbər verdiyimiz kimi Oğuz rayonu Zərrab kəndi ərazisində VAZ-21012 markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəzada xəsarət alan 26 yaşlı sürücü Pərvin Dadaşov başın açıq yarası xəsarəti alıb.

Avtomobildə olan sərnişin 27 yaşlı Mirsiyab İmanov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdiriliblər. Müalicələri davam etdirilir.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Chosen
0
5
bizim.media

10Sources