EN

De Bruyne İtaliyaya yollanır?

"Napoli" Kevin de Bruyneni transfer etmək niyyətindədir.

Sportal.az xəbər verir ki, "Sky Sport"un məlumatına görə,  Neapol klubu belçikalı yarımmüdafiəçini heyətinə qatmaqda qərarlıdır.

Kevin de Bruynenin "Mançester Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq və o, klubu tərk edəcək.

"Napoli" növbəti mövsüm üçün futbolçunu heyətinə qatmağa cəhd edəcək. Klub, de Bruynenin Belçika millisindəki komanda yoldaşı Romelu Lukaku ilə olan yaxşı münasibətlərinə güvənir.

Qeyd edilir ki, 33 yaşlı futbolçu Avropada qalmaq istəyir. Üstəlik, iddialara görə, Kevin de Bruynenin "Liverpul"dan artıq bir təklifi var.

saytlarin hazirlanmasi

Chosen
0
17
sportal.az

10Sources