Türkiyə ilə İsrail arasında növbəti birbaşa danışıqlar baş tutacaq.
Modern.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 11-ci kanalı məlumat yayıb.
Görüş Azərbaycanda keçiriləcək.
Xatırladaq ki, bundan əvvəl Bakıda aprel ayında Suriyada hərbi toqquşmaların qarşısının alınması tədbirləri müzakirə edilən texniki iclas keçirilib.