EN

Şirkət gömrük sənədlərini vaxtında təqdim etmədiyi üçün cərimələndi

“Sport System" Məhdud Məhsuliyyətli Cəmiyyəti cərimlənib. 

Valyuta.az-ın məlumatına görə, sözügedən şirkət İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə, MMC 300 manat məbləğində cərimə olunub.

İXM-ın 493-cü maddəsi ilə gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Sabiq İsbəndərli 

Chosen
0
valyuta.az

1Sources