EN

Rusiya həddən artıq çox şey istəyir – ABŞ-ın vitse-prezidenti

ABŞ-ın vitse-prezidenti J.D.Vens bildirib ki, Rusiya Rusiya-Ukrayna münaqişəsinin həlli üçün danışıqlarda həddən artıq çox şey istəyir.

Onun sözlərinə görə, Moskva ilə Kiyev arasında birbaşa danışıqlar olmadan sülhə nail olmaq mümkün deyil: “Mən hələ ki, bu məsələdə o qədər də pessimist deyiləm. Deməzdim ki, ruslar nizamlanmada maraqlı deyil. Mən deyərdim ki, hazırda ruslar münaqişəni sona çatdırmaq üçün müəyyən tələblər toplusu, müəyyən güzəştlər toplusu irəli sürürlər. Bizə elə gəlir ki, onlar çox şey istəyirlər, bilirsinizmi?” – deyə J.D.Vans Münhen liderlərinin görüşündə jurnalistlərə bildirib.

Vitse-prezident vurğulayıb ki, növbəti addım Rusiya ilə Ukrayna arasında razılaşmanın parametrlərinin hazırlanması olmalıdır. “Birləşmiş Ştatlar bu müzakirələrdə iştirak etməyə hazırdır, lakin əsas odur ki, tərəflər bir-biri ilə danışmağa başlasınlar”.

//Samir Qurbanov, Editor.az

Chosen
0
1
editor.az

2Sources