Türkiyənin Antalya şəhərində güləş üzrə gənclər (U20) arasında “Çempionlar” turniri davam edir.
QOL.az xəbər verir ki, ikinci yarış günündə 60, 72, və 87 kq-da yer alan yunan-Roma güləşçilərimiz mübarizə aparıb.
İlk gündə qazanılan nəticə təkrarlanıb. Bu dəfə 60 kq-da güləşən təmsilçilərimiz fəxri kürsüyə qalxıb. Ayxan Cavadov gümüş və Vədat Qasımlı bürünc medal qazanıb.
Qeyd edək ki, sabah 63, 82 və 130 kq-da yer alan güləşçilərimiz xalçaya çıxacaq.