Türkiyənin Antalya şəhərində güləş üzrə gənclər (U-20) arasında “Çempionlar” turniri davam edir.
Missiya.Az "Report"a istinadla xəbər verir ki, ikinci yarış günündə 60, 72, və 87 kq-da yer alan yunan-Roma güləşçilərimiz mübarizə aparıb.
İlk gündə qazanılan nəticə təkrarlanıb. Bu dəfə 60 kq-da güləşən təmsilçilərimiz fəxri kürsüyə qalxıblar. Ayxan Cavadov gümüş, Vədat Qasımlı bürünc medalı boynundan asıb.
Sabah 63, 82 və 130 kq-da yer alan güləşçilərimiz xalçaya çıxacaqlar.