EN

Trampdan Hindistan-Pakistan gərginliyi barədə YENİ AÇIQLAMA

“Hər iki tərəflə yaxşı münasibətlərim var, dayanmaqlarını istəyirəm”

KONKRET.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Hindistanla Pakistan arasında son günlər artan hərbi gərginliklə bağlı açıqlama verib.

O, hər iki ölkə ilə şəxsi münasibətlərinin yaxşı olduğunu bildirib və tərəfləri qarşıdurmanı dayandırmağa çağırıb.

“Mən hər iki tərəflə yola gedirəm. Onları yaxşı tanıyıram və onların necə davranacaqlarını görmək istəyirəm. Mən onların dayanmasını istəyirəm”, – deyə Tramp vurğulayıb.

Bir çox xarici ekspertlər Trampın bu açıqlamasını Vaşinqtonun tərəflər üzərində təsir imkanlarını qoruduğunun göstəricisi kimi şərh edirlər.

Natiq Səlim,
KONKRET.az

Chosen
0
konkret.az

1Sources