EN

Lavrov: Aİ-nin liderlərin Rusiyaya uçmasının qarşısını almaq cəhdləri biabırçılıqdır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir sıra Aİ ölkələrinin Qələbənin 80-ci ildönümü münasibətilə Avropa liderlərinin təyyarələrinin Moskvaya uçmasına mane olmaq cəhdlərini biabırçılıq adlandırıb.

Turkustan.az xəbər verir ki, o, VGTRK jurnalisti Pavel Zarubinə şərhində deyib: "Bilirsiniz, mən hələ də televiziya, senzura qaydalarına əməl edirəm, ona görə də bu barədə nə düşündüyümü deməyəcəyəm. Amma təbii ki, bu, biabırçılıqdır".

Video Zarubinin Telegram kanalında yerləşdirilib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
0
turkustan.az

1Sources