EN

Ermənistan tərəfi Azərbaycanla sərhəddə yerləşən çayları çirkləndirdiyi haqqında adekvat reaksiya verməyib – RƏY

Vətəndaş cəmiyyətinin dəfələrlə etdiyi çağırışlara baxmayaraq, Ermənistan tərəfi Azərbaycanla sərhəddə yerləşən çayları çirkləndirdiyi haqqında adekvat reaksiya verməyib.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, beynəlxalq təşkilatlar və regional tərəfdaşlar məsələyə hüquqi qiymət verməlidilər:

“Ağır metallarla çirklənmə ilə bağlı ekoloji risklər Pəmbək (Debed) çayı ekosistemində də müşahidə olunur. Ermənistandan olan alimlər tərəfindən aparılmış araşdırmaya görə, 2013 və 2014-cü illərin yaz və yay aylarında Pəmbək çayı hövzəsinin yüksək riskli nöqtələrindən götürülmüş nümunələr burada suyun tərkibinə yaxınlıqdakı mədən əməliyyatlarının ciddi təsiri olduğu sübut edilmişdir. Bu çay Gürcüstan və Azərbaycan sərhədindən keçərək Kür çayı ilə birləşir və nəticədə Xəzər dənizinə tökülür.

Pəmbək (Debed) çayının çirklənməsi ilə bağlı bir çox faktlar mövcuddur. Belə ki, Arkt qızıl yatağı Lori vilayətində, Pəmbək çayı üzərində yerləşir, çay qızıl yatağına yaxın axır. Bu çay Gürcüstan ərazisindən keçir və 142 km məsafə qət etdikdən sonra Azərbaycanda Kür çayına qoşulur. Qaraberd qızıl mədəni Ermənistanın şimalında, Loru (Lori) vilayətində, Böyük Qarakilsə (Vanadzor) şəhərinin 3 km şimal-şərqində, Bazum dağ silsiləsinin cənub yamacında yerləşir, və ətrafda axan Pəmbək çayı buradan keçir, 127 km məsafə qət etdikdən sonra Kür çayına qovuşur. Armanis qızıl-multi-metal mədəni Lori vilayətində, Armanis yaşayış məntəqəsinin 0,5 km qərbində, Qarasu çayına yaxın bir məsafədə yerləşir. Çay mədənə yaxın axır və qısa məsafədə Cəlaloğlu çayına qoşulur, bu çay isə Pəmbək çayına axır. Ümumilikdə, çayın yolu 137 km-dir və Kür çayına birləşir”.

Deputat vurğulayıb ki, 2023-cü ildə yaradılmış “Environmental Protection First” – EPF Koalisiyası dəfələrlə beynəlxalq monitorinqlərin aparılmasına çağırış edib, mədənlərin yaratdığı çirklənməyə dair sübutlara əsaslanan məlumatlar təqdim edib:

“Koalisiya, Ermənistandakı mədən əməliyyatlarının yaratdığı ekoloji fəsadları rəqəmsal və vizual şəkildə əks etdirən interaktiv xəritə təqdim etməklə mövzuya diqqət çəkib.

Vətəndaş cəmiyyətinin dəfələrlə etdiyi çağırışlara baxmayaraq, Ermənistan tərəfindən hələ də adekvat bir reaksiya verilməyib. Beynəlxalq təşkilatlar və regional tərəfdaşlar məsələyə hüquqi qiymət verməlidilər. Bu məsələyə yalnız Azərbaycan vətəndaş cəmiyyəti deyil, Ermənistanın özündə fəaliyyət göstərən təşkilatlar da narahatlıq ifadə edib. “İcma Müqaviməti və Töhfə Mərkəzi” QHT-sini və “epress.am” informasiya saytı mövzu ilə bağlı geniş araşdırma aparıb və Pəmbək çayı ilə bağlı ciddi ekoloji pozuntular olduğunu bildirib”.

Bir müddət öncə 13 ölkədən 30-a yaxın QHT, ekoloji fəallar və jurnalistlərin beynəlxalq təşkilatlara və ekoloji konvensiyalara müraciət etdiyini xatırladan Pərvanə Vəliyeva onların məsələyə müdaxilə etməyə çağırıldığını bildirib:

“BMT-nin Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə Konvensiyası (Espoo Konvensiyası) və Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) bu müraciətlərin ünvanlandığı əsas qurumlardandır.

Espoo Konvensiyası dövlətlərə transsərhəd ekoloji təsiri ola biləcək layihələr barədə qiymətləndirmə aparmaq və qonşularla məsləhətləşmək öhdəliyini qoyur. Bu baxımdan, ortaq su mənbələrinin yaxınlığında heç bir məsləhətləşmə, şəffaflıq və ya hesabatlılıq olmadan mədənlərin fəaliyyətinin davam etməsi bu konvensiyanın pozuntusudur.

EPF Koalisiyası olaraq, “İcma Müqaviməti və Töhfə Mərkəzi” QHT-sini və “epress.am” informasiya saytının redaksiyasını Ermənistanda beynəlxalq ekspertiza və monitorinq həyata keçirməyə dəvət edirik. Əsas addımlardan biri Ətraf mühitə Təsirin qiymətləndirilməsi sənədlərinin bütün təsirlənən tərəflərlə paylaşılmasıdır. Ermənistan Azərbaycan, İran, Gürcüstan və Xəzəryanı ölkələrin çirklənmə səviyyələrinin müstəqil monitorinqinə imkan verməlidir. Environmental Protection First (EPF) Koalisiyasının peşəkar mütəxəssisləri, Ermənistanın dağ-mədən müəssisələrində ekoloji monitorinq aparmağa hazırdırlar”.

Chosen
0
2
nocomment.az

8Sources