Bakıda yeniyetmə boksçular arasında beynəlxalq təlim-məşq toplanışı keçirilir.


Rekord.az xəbər verir ki, Azərbaycan və Özbəkistan idmançılarının birgə hazırlığına Gürcüstan millisi də qoşulub.


Bakı Boks Mərkəzində təşkil olunan toplanışda 100-dən çox boksçu iştirak edir. Komandalar gündə 2 dəfə məşq keçir, sınaq döyüşlərində güclərini yoxlayırlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük verilir.


Məşqlər Bakıda təşkil olunacaq “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.


“Heydər Əliyev Kuboku-2025” turniri mayın 16-21-i aralığında baş tutacaq.