Mayın 5-7-də Moskvada Xəzər dənizi üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) onuncu iclası keçirilib.
Viral.az APA-ya istinadən xəbər verir ki, iclasda Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
İclas zamanı Xəzər dənizində birbaşa baza xətlərinin yaradılması üsulları müzakirə olunub. Eyni zamanda tərəflər Xəzər dənizində əməkdaşlığa nəzər salıb və xarici işlər nazirlərinin növbəti görüşünə hazırlıqla bağlı məsələləri müzakirə ediblər.
Son Yazılar:
- Moskvada Xəzər dənizi məsələləri üzrə İşçi Qrupun növbəti iclası keçirildi
- FHN Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirdi
- Ukrayna PUA-ları Rusiyanın əsas müdafiə zavodlarına hücum ETDİ
Ölkə nümayəndələri danışıqların nəticələrini müsbət qiymətləndirib və yüksək təşkilatçılıq səviyyəsinə görə Rusiya Federasiyasına minnətdarlıqlarını bildiriblər.
İşçi Qrupun növbəti iclasının diplomatik kanallar vasitəsilə razılaşdırılmış vaxtda Türkmənistanda keçiriləcəyi qərara alınıb.