EN

Özbəkistan və Gürcüstan boksçuları Bakıda toplanış keçirlər

Bakıda yeniyetmə boksçuların beynəlxalq təlim-məşq toplanışı keçirilir.

Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Azərbaycan və Özbəkistan idmançılarının birgə hazırlığına artıq Gürcüstan millisi də qoşulub.

Bakı Boks Mərkəzində təşkil olunan toplanışda 100-dən çox idmançı iştirak edir. Komandalar gündə 2 dəfə məşq keçir, sınaq döyüşlərində güclərini yoxlayırlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük verilir.

Məşqlər Bakıda təşkil olunacaq “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, “Heydər Əliyev kuboku-2025” mayın 16-21-də baş tutacaq.

Chosen
0
9
90deqiqe.az

10Sources