UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “İnter”ə 3:4 hesabı ilə uduzan “Barselona” yeni antirekord müəyyənləşdirib.
QOL.az xəbər verir ki, Kataloniya təmsilçisinin bu mövsüm turnirdə buraxdığı qol sayı 24-ə çatıb.
Bu qollardan 7-si “İnter”lə matçlarda İspaniya klubunun qapısına vurulub.
Qeyd edək ki, əvvəlki antirekord 1999/2000-ci illər mövsümündə qeydə alınmışdı. Həmin vaxt kataloniyalılar 23 qol buraxıblar.