EN

Miqren dərmanı ilə bağlı MARAQLI FAKT

ABŞ, İsrail, Portuqaliya və digər ölkələrdən olan beynəlxalq alimlər qrupu miqren dərmanı olan "Fremanezumab"ın ikili təsirini aşkar ediblər. Məlum olub ki, vasitə təkcə baş ağrılarını azaltmaqla yanaşı, depressiyanı da aradan qaldırır.


Manset.az-ın xarici KİV-ə istinadən məlumatına görə, miqren və depressiya bir-birinə bağlıdır.

Araşdıra müəllifləri qeyd ediblər ki, miqren xəstələrində depressiya 2-4 dəfə daha tez-tez baş verir. Hər iki vəziyyət serotonin və glutamin balanssızlığından qaynaqlana bilər.

Nəticələr miqrenin depressiya ilə birləşdiyi mürəkkəb halların müalicəsi üçün yeni imkanlar açır. Bununla belə, tədqiqatçılar dərmanın dəqiq təsir mexanizmlərini başa düşmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayırlar.

Yeganə

Chosen
0
manset.az

1Sources