EN

Sumqayıtda “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib

Tullantıların düzgün idarə olunması sahəsində əhalinin maarifləndirilməsi, çeşidləmə vərdişlərinin stimullaşdırılması və yaşıllıqların sayının artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Bravo” supermarketlər şəbəkəsinin dəstəyi ilə Sumqayıt şəhərində yerləşən Bravo supermarketin qarşısında “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib.

Aksiya zamanı vətəndaşlar ümumi tutumu 365 litr olan plastik, 55 litr tutumu olan şüşə butulka və 286 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ərik, badam, sərv və Eldar şamı tingləri əldə ediblər. 
Aksiyada fəal iştirak edərək tullantıların təkrar emalına və yaşıllıqların sayının artırılmasına dəstək olan hər kəsə təşəkkür edirik. 
Qeyd edək ki, növbəti aksiya 8 may tarixində saat 12:00-da Əhmədli qəsəbəsində yerləşən Bravo hipermarketin qarşısında keçiriləcək. Ekologiya.az
Chosen
0
ekologiya.az

1Sources