EN

Litva prezidenti: Ukrayna ilə bağlı Aİ və ABŞ arasında fikir ayrılıqları var

Litva prezidenti Gitanas Nauseda Ukraynaya dəstək və münaqişənin həlli məsələsində Avropa İttifaqı və ABŞ liderləri arasında fikir ayrılıqlarının olduğunu etiraf edib. 

HİT.az bu barədə LRT agentliyinə istinadən xəbər verir.

"Biz Aİ ilə ABŞ arasında hər hansı anlaşılmazlıq və ya fikir ayrılığını aradan qaldırmaq üçün hər şeyi edəcəyik. Buna görə də, Birləşmiş Ştatların diqqətini Avropaya yönəltməsini təmin etmək üçün hər cür səy göstərməliyik. Bu, bir çağırışdır və biz bunu başa düşürük", deyə Nauseda bildirib.

Bundan əvvəl “Financial Times” yazıb ki, Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar prosesində iştirakını davam etdirməkdən imtina etmə ehtimalından narahatlığını ifadə edib. Mənbənin sözlərinə görə, Amerika lideri bilərəkdən elə bir situasiya yaradır ki, onun danışıqlar prosesindən çəkilmək və Ukrayna münaqişəsini təkbaşına həll etmək üçün Avropanı tərk etmək üçün əsası olacaq.

Samir


 

Chosen
0
hit.az

1Sources