EN

"Meydan TV" işi üzrə saxlanılan jurnalist həbs edilib



Məhkəmə "Meydan TV" işi üzrə saxlanılan Ülviyyə Əli (Quliyeva) barəsində qərar verib.

Newscenter.az-ın məlumatına görə, Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində 1 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bundan əvvəl "Meydan TV"nin əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov da saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.
Chosen
0
12
newscenter.az

10Sources