İngiltərə premyer-liqasının 37-ci turunda keçiriləcək “Aston Villa” – “Tottenhem” matçının vaxtı dəyişdirilib.
"Football-plus.az" xəbər verir ki, London klubu Avropa Liqasının finalında iştirak etmək ehtimalına görə matçın başqa vaxtda keçirilməsi üçün İngiltərə Futbol Assosiasiyasına müraciət edib. Müraciət qəbul edilib. Beləliklə, mayın 18-də keçirilməli olan oyun mayın 16-da Bakı vaxtı ilə saat 22.30-da başlayacaq.
“Tottenhem” Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda öz meydanında “Bude/Qlimt”ə 3:1 hesabı ilə qalib gəlib. Komandalar arasındakı cavab matçı sabah keçiriləcək.