EN

Mart ayında Almaniya sənaye sifarişləri gözləniləndən daha güclü 3,6% artıb

Almaniyanın sənaye şirkətlərindən gələn sifarişlərin həcmi mart ayında əvvəlki ayla müqayisədə 3,6% artıb, ölkənin Federal Statistika İdarəsi (Destatis) bildirib.

Finss.az xÉ™bÉ™r verir ki, analitiklÉ™r orta hesabla 1,3% artım proqnozlaÅŸdırmışdılar.

Fevralda sifarişlərin həcmi yanvar ayı ilə müqayisədə dəyişməz qalıb.

Nəqliyyat mühəndisliyi seqmentində (təyyarə, gəmi, qatar, hərbi nəqliyyat) sifarişlər mart ayında 13%, sənaye avadanlıqları sektorunda 5,3%, avtomobil sektorunda isə 2,5% artıb. Elektrik avadanlıqları üzrə sifarişlər 14,5%, əczaçılıq məhsulları üzrə isə 17,3% artıb.

İstehsal malları üzrə sifarişlər mart ayında 3,7%, aralıq mallar üzrə 2,5%, istehlak malları üzrə isə 8,7% artıb.

Daxili sifarişlərin həcmi 2%, xarici sifarişlərin həcmi 4,7% artıb. Avrozona ölkələrindən sifarişlər 8%, digər ölkələrdən isə 2,8% artıb.

Mart ayında Almaniyanın sənaye şirkətlərindən sifarişlərin ümumi həcmi 2024-cü ilin eyni ayındakı göstəricidən 3,8% çox olub.

Chosen
0
fins.az

1Sources