“Pakistan – Hindistan gərginliyində Türkiyənin mövqeyi əsas götürülüdü. Türkiyə hətta öz gəmilərini həmin əraziyə yaxın aparmışdı. Dünyada da Türkiyənin mövqeyi qəbul edildi. Bundan sonra Hindistan geri çəkildi.”
Modern.az xəbər verir ki, bu fikirləri ARB24 Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, Hindistan beynəlxalq təzyiqlər qarşısında geri addım atmağa məcbur oldu.
“Burada əsas faktor Çin və Türkiyənin təzyiqləri idi. Hindistanın təxribatı beynəlxalq konvensiyalara da ziddi idi”- deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videoda: