EN

Ərdoğanın hədiyyəsinə görə Tuska cinayət işi açıla bilər - Foto

Polşanın Baş naziri Donald Tuska qarşı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi hədiyyəni qaydalara uyğun olaraq qeydiyyata almadığı üçün cinayət işi açıla bilər.

Axar.az xəbər verir ki, bu barədə “Reçpospolita” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Türkiyə lideri Polşa baş nazirinə nadir tarixi yadigar - Polşa kansleri Anjey Zaluskinin 1745-ci ildə Osmanlı İmperiyasının baş vəzirinə yazdığı məktubu hədiyyə edib:

“Hədiyyənin fotosunu Tusk X səhifəsində paylaşıb. Qanuna görə, minimum əmək haqqının yarısından çox dəyərində hədiyyə alan polşalı məmur onu aldıqdan sonra 30 gündən gec olmayaraq qeydiyyatdan keçirməlidir. Ərdoğanın hədiyyə məsələsində isə bu qeydiyyat aparılmayıb. Polşada minimum əmək haqqı 790 zlot (təxminən 197 dollar) təşkil edir və Tuskun əldə etdiyi nadir hədiyyənin dəyəri bu məbləğin yarısından dəfələrlə çoxdur”.

Chosen
0
1
axar.az

2Sources