Misli Premyer Liqasının 34-cü turunun açılış matçında "Sabah"ın qonağı olacaq "Şamaxı" meydana itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "aslanlar"ın sözçüsü Yusif Hüseyn deyib:
"Cəzalı futbolçu yoxdur. Rafael Məhərrəmli və Vasiliye Radenoviç zədə səbəbindən "Sabah"a qarşı oyunda iştirak etməyəcəklər".
Qeyd edək ki, "Sabah" - "Şamaxı" qarşılaşması mayın 9-da, "Bank Respublika Arena"da baş tutacaq. Görüşün start fiti 19:00-da səsləndiriləcək. 33 tura 41 xal toplayan Masazır təmsilçisi turnir cədvəlinin 5-ci, 36 xala malik "Şamaxı" isə 7-ci pilləsində mövqe tutub.
Nihat