Yəmənin şimalını nəzarətdə saxlayan “Ənsar Allah” (Husilər) hərəkatı bildirib ki, yalnız İsraillə əlaqəsi olan və ya onun limanlarına istiqamətlənən xarici gəmilərin Qırmızı və Ərəb dənizlərindən keçidinə maneə yaradılacaq.
KONKRET.az xəbər verir ki, bunu “Ənsar Allah” Siyasi Bürosunun üzvü Məhəmməd əl-Baxiti deyib.
“Biz yalnız ABŞ-a qarşı hərbi əməliyyatları dayandırmaq barədə razılığa gəlmişik. Qəzzaya dəstək çərçivəsində digər hərbi fəaliyyətlərimiz davam edir,” – deyə əl-Baxiti vurğulayıb.
O həmçinin qeyd edib ki, İsraillə əlaqəsi olmayan bütün digər xarici gəmilərin Qırmızı dəniz, Ərəb dənizi və Bab əl-Məndəb boğazından sərbəst şəkildə keçməsinə icazə veriləcək.
Aynurə İsmayıl
KONKRET.az