EN

Sabah daha gözəl bir gün ola bilər!- 5 möhtəşəm təklif

Günlərin sürətlə keçməsi sizi monotonluğa sürükləyib? Hər səhər eyni şeyləri etmək, eyni insanlarla eyni dialoqları yaşamaq və hər 24 saatı bir-birinin kopyası kimi keçirmək sizi sıxırsa, bunun həlli var: həyatınıza yenidən mənalar qatın. 

Dəyişiklik etmək bəzən sizə yeni üfüqlər aça və həyatınızı daha zövqlü hala gətirə bilər. Necəmi? “Sherg.az”  sizə qızıl dəyərində 5 tövsiyə verir!

Rutininizi dəyişin

Hər şeyi alışdığınız şəkildə etmək təhlükəsiz bir yol kimi görünsə də, gündəlik, həftəlik, hətta illik planlarınızda bəzi radikal dəyişikliklər etmək, bu monotonluqdan çıxmaq üçün sizə lazım olan enerjini verə bilər. Məsələn, həmişə getdiyiniz məhəllələrdən uzaqlaşmaq, evdə olmağı sevdiyiniz saatlarda çölə çıxıb yeni marşrutlar çəkmək və ya alışdığınız bəzi davranış modellərində fərqli yollar sınamaq sizə silkələnmək imkanı verəcək.


Cəmiyyət üçün könüllü işləyin

Nə işlə məşğul olursunuzsa olun, kiminsə həyat yoldaşı, bacısı, qardaşı, övladı və ya dostu olmağınızdan asılı olmayaraq, insana özünü ən yaxşı hiss etdirən şey başqalarına qarşılıqsız yaxşılıq etməkdir. İctimai fayda üçün çalışan bir çox dövlət və ya qeyri-hökumət təşkilatı könüllülərlə minlərlə insana xidmət göstərir. Bu təşkilatlarda müxtəlif insanlarla birlikdə işləmək və dəstəyə ehtiyacı olan insanların həyatına toxunmaq sizə inanılmaz yaxşı təsir edəcək. Kiçik bir qeyd: Yalnız insanlar deyil, köməyə ehtiyacı olan heyvan dostlarımız üçün də könüllü ola bilərsiniz!

Yeni hobbilər və yeni bir çevrə qazanın

İnsanı rahatladan və şəxsi inkişaf üçün vacib olan hobbilər bəzən həyatın bir parçasına çevrilir. Marağınızı çəkə biləcək yeni fəaliyyətlər tapmaq və sizinlə eyni həvəsi paylaşan yeni insanlarla tanış olmaq bəlkə də axtardığınız dəyişimin ilk addımı olacaq. Fərqli məşğuliyyətlər və tanışacağınız yeni insanlar sizə mütləq yeni baxış bucaqları qazandıracaq və həyatınıza yeni anlamlar qatmaq üçün ilham verəcək.

Avtobioqrafiyanızı yazmağa başlayın

Yazı yazmağın insanı rahatlatdığı və bir çox insanın bunu gündəlik tutaraq etdiyini bilirik. Özünüzü daha yaxşı tanımaq və şüuraltınıza basdırdığınız bəzi xatirələri daha yaxşı analiz edib üzərində düşünmək üçün avtobioqrafiya yazmağa başlamaq sizə fayda verəcək. Üzərindən zaman keçmiş və artıq fərqli gözlə baxa biləcəyiniz hadisələri kağıza tökmək, sizə gələcəyə daha güclü baxmaq üçün lazım olan motivasiyanı verəcək.

Bir heyvana sahiblənin

Həyatınızdakı monotonluğu qırmaq və sevgi adlanan bu gözəl duyğunu fərqli bir şəkildə yaşamaq üçün bir heyvana yuva verməkdən daha gözəl çox az şey var. Bir pişik və ya iti həyatınıza daxil etmək, onu tanımaq, birlikdə anlar yaşamaq və yeni xatirələr toplamaq sizə dünyaya qarşı tamamilə fərqli bir baxış qazandıracaq. Baxıma və diqqətə ehtiyacı olan bu sevimli dostunuz, sizə verdiyinizdən daha artığını həyatınıza qatacaq — buna əmin olun.

Unutmayın:

Həyatınızda yeni bir səhifə açmaq və ona yeni anlamlar qatmaq üçün böyük layihələr qurmağa və uzun hazırlıqlara ehtiyac yoxdur. Özünüz üçün indi hərəkətə keçin. Dəyişiklik və daha xoşbəxt bir həyat yalnız sizin əlinizdədir...

Chosen
0
sherg.az

1Sources