EN

Suriya-İsrail gizli danışıqları ÜZƏ ÇIXDI

Ajans.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb. “Birləşmiş Ərəb Əmirlikləri İsrail və Suriya arasında danışıqlar üçün kanal yaradıb. Suriyanın yeni hakimiyyət orqanları cənub qonşusu ilə getdikcə daha çox düşmənçilik münasibətlərini həll etmək üçün regional yardım axtarır”, – nəşr iddia edir. Agentliyin məlumatına görə, dolayı təmaslar təhlükəsizlik və kəşfiyyat məsələlərinin həllinə, eləcə də bir-biri ilə rəsmi diplomatik əlaqələri olmayan Suriya və İsrail arasında etimadın möhkəmləndirilməsinə yönəlib. Ölkələr arasında rabitə kanalı Suriya lideri Əhməd Əl-Şaraanın aprelin 13-də BƏƏ-yə səfərindən qısa müddət sonra yaradılıb. Mayın 3-də İsrail ordusu Suriyadakı hərbi obyektlərə irimiqyaslı zərbələr endirib.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Chosen
0
50
Ajans.az

10Sources