EN

“Muğam mühazirələri”nin “Zabul segah” a həsr olunan konserti keçirildi - FOTO

Beynəlxalq Muğam Mərkəzində "Muğam mühazirələri"nin "Zabul segah" a həsr olunan konserti keçirildi. 

"Azərbaycan muğamı" adlı layihə çərçivəsində reallaşan gecəyə tanınmış xanəndə, pedaqoq, Əməkdar incəsənət xadimi Aqil Məlikov rəhbərlik edir. 

Muğam konserti şəklində təqdim olunan ədəbi-bədii gecədə "Zabul segah"ın ifaçılıq xüsusiyyətləri, şöbələrdə qəzəllərin bölünməsi, rəng və təsniflər haqqında muğam ustasının maraqlı və diqqətçəkən söhbət və fikirlərini gecə boyunca BMM-nin solistləri Nisbət Sədrayeva, Günay İmamverdiyeva, xanəndələr Elbrus Niftəliyev və Vüqar Əbilovun ifaları əvəzləyirdi. Xanəndələr mühazirəni əyani şəkildə öz ifaları ilə tamaşaçılara nümayiş etdirirdilər. Layihənin məzmununa uyğun olaraq Aqil Məlikovun səhnədə muğam və qəzəlin bir-biri ilə bədii-estetik, lirik-emosional bağlılığı, qəzəllərin məzmunu, obrazlılığı, muğam musiqisinə təsiri mövzusunda çıxışı yüksək ifaçılıqla təqdim olunurdu.

Qəzəl janrının muğam ifaçılığında əhəmiyyətindən danışan Aqil Məlikovun arabir xanəndələrə qoşularaq bərabər ifa etməsi tamaşaçıların böyük alqışları ilə qarşılanırdı. Muğam sənətimizin təbliğinə yönələn və maarifləndirici xarakter daşıyan konsert -mühazirədə xanəndələri tarzən Kamal Nuriyevin rəhbərliyi ilə BMM-nin solistlərindən ibarət instrumental heyət müşayiət edirdi.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
0
milli.az

1Sources