EN

Azərbaycanda qızıl bahalaşdı: Mağazalarda QİYMƏTLƏR

Son günlərdə Azərbaycanda qızıl zinət əşyalarının qiymətində artım müşahidə olunur. Həm beynəlxalq bazarlarda qiymətlərin yüksəlməsi, həm də daxili tələbatın artması bu bahalaşmanı şərtləndirən əsas amillərdəndir.

BAKU.WS-in məlumatına görə, hazırda qızılın qram qiyməti əvvəlki dövrlə müqayisədə təxminən 6-7 dollar bahalaşıb. Bu artım isə birbaşa olaraq yerli mağazalardakı satış qiymətlərinə təsir edib.

Bakıda fəaliyyət göstərən zərgərlər qiymət dəyişikliyini artıq hiss etdiklərini bildirirlər. Bakıda qızıl satışı ilə məşğul olan zərgər Aqil İsmayılov BAKU.WS-ə bildirib ki, Azərbaycan bazarında ən çox satılan və "Türk qızılı" kimi tanınan 585 əyyarlı qızıl bu günlərdə 130 manatdan 145 manata qədər bahalaşıb:

"Digər populyar növlər arasında 750 əyyarlı italyan qızılı da var. Bu qızılın 1 qramı hazırda 160-170 manat arasında dəyişir. Estetik görünüşü və incə işləmələri ilə seçilən italyan zinət əşyaları xüsusilə gənc alıcılar tərəfindən daha çox seçilir.

Ənənəvi olaraq daha yüksək keyfiyyəti ilə tanınan 918 əyyarlı ərəb qızılı isə həm dizayn, həm də qiymət baxımından ən yuxarı sıradadır. Əvvəllər 1 qramı 180 manata satılan ərəb qızılı bu gün 190 manat civarındadır".

Qeyd edək ki, qarşıdan yay mövsümünün – toy və nişan mərasimlərinin artdığı dövrün gəlməsi ilə bahalaşmanın davam etməsi istisna deyil.

Orxan Hüseyn

Chosen
0
5
far.az

6Sources