EN

Hacı Şahinin oğlu atasının vəfatından danışdı: “Mənim üçün hər şey sönüb”

2023-cü ildə dünyasını dəyişən mərhum ilahiyyatçı və din xadimi Hacı Şahinin oğlu Hüseyn Həsənli atasının qəbrini ziyarət edib.

Bizim.Media xəbər verir ki, Hüseyn qonaq olduğu verlişdə mərhum atası ilə bağlı xatirələrindən danışıb.

"Böyük insanlar bəzi hallarda öləcəklərini hiss edirlər. Bəzən dəqiq tarixi belə bilirlər. lakin mən atamla bu barədə heç vaxt danışmamışam nə də özü bu barədə söz açmayıb" .

Hüseyn atasının son müsahibələrinin birində ölümün bir başlanğıc olduğunu söylədiyini qeyd edib:

"Son müsahibələrindən birində ölümün hələ başlanğıc olduğunu qeyd edib. Hacı hər zaman dünyadakı həyatın müvəqqəti əbədi həyatın varlığını xatırlayıb. Hətta yadımdadır Hacı bir-iki günlük səfərdə idi. Ona yazmışdım ki sən bir gündür yoxsan şəhərdə mənim üçün hər şey sönüb. O, məni əzizləmişdi amma sonra dedi ki, onsuz da hamımız gec tez ayrılacağıq bu həyatdan" .

Qeyd edək ki, Hacı Şahin Həsənlinin oğlu Hüseyn Həsənli 2022-ci ildə ADA Universitetinin magistr dərəcəsi üzrə Dövlət və ictimai münasibətlər fakültəsinə qəbul olub. (Milli.az)

Bizim.Media

Chosen
0
12
bizim.media

10Sources