ABŞ Hərbi Hava Qüvvələri yeni LGM-35A Sentinel qitələrarası ballistik raketlə bağlı bir sıra problemlərlə üzləşib. Bu raketlər Pentaqonun təkmilləşdirməyi planlaşdırdığı hazırkı raket mədənlərində istifadə edilə bilməz.
Herbiand.az bildirir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin generalı, Tomas Byusser “Breaking Defence” nəşrinə müsahibəsində bildirib.
“Hələ heç bir qərar verilməsə də, biz Sentinel-in Minuteman III mədənlərini təkrar istifadə etmək əvəzinə, yeni raket mədənləri qurmaq üçün əsasən Hərbi Hava Qüvvələrinə məxsus infrastrukturdan istifadə edəcəyini gözləyirik”, - general deyib.
Nəşr bildirir ki, Amerika komandanlığı ilkin olaraq köhnə Minuteman III raketləri üçün nəzərdə tutulmuş 450 mədəni modernləşdirmək niyyətində olub. Lakin bu plana yenidən baxılması xərclərin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. İlkin büdcəyə daxil edilməyən əlavə xərclərin 141 milyard dollar olacağı gözlənilir.
Bəxtiyar CƏFƏRLİ