EN

Azərbaycan dili imtahanının ikinci cəhdinə qeydiyyat tarixi açıqlanıb

Azərbaycan dili (dövlət dili) imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat tarixi açıqlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİM-dən məlumat verilib.

Bildirilib ki, 22 may-10 iyun tarixlərində Azərbaycan dili (dövlət dili) ikinci cəhdində iştirak etmək istəyən şəxslər DİM-in saytında qeydiyyatdan keçə bilərlər.

İmtahan iyulun 29-u baş tutacaq.

Qeyd edək ki, Azərbaycan dili (dövlət dili) fənni üzrə imtahanın birinci cəhdi mayın 4-də keçirilib.

 

Chosen
0
16
operativmm.az

10Sources