AZ

Azərbaycan dili imtahanının ikinci cəhdinə qeydiyyat tarixi açıqlanıb

Azərbaycan
Azərbaycan dili (dövlət dili) imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat tarixi açıqlanıb. Bu barədə 1news.az-a DİM-dən məlumat verilib.
Bildirilib ki, 22 may-10 iyun tarixlərində Azərbaycan dili (dövlət dili) ikinci cəhdində iştirak etmək istəyən şəxslər DİM-in saytında qeydiyyatdan keçə bilərlər. İmtahan iyulun 29-u baş tutacaq.

Qeyd edək ki, Azərbaycan dili (dövlət dili) fənni üzrə imtahanın birinci cəhdi mayın 4-də keçirilib.

Seçilən
0
16
1news.az

10Mənbələr