EN

Budvada “Azərbaycan ağacı” əkildi - FOTO

Mayın 6-da ATƏT Parlament Assambleyasının İpək Yolu Qrupu tərəfindən Monteneqroda təşkil olunan 5-ci Beynəlxalq Konfransın proqramına uyğun olaraq keçirilən “Hər ölkəyə bir ağac əkək” ekoloji kampaniyası çərçivəsində Budvada “Azərbaycan ağacı” əkilib.

Turkustan.az xəbər verir ki, bu barədə konfransda iştirak edən millət vəkili Azay Quliyev məlumat verib.

Onun sözlərinə görə, Budva şəhərinin meri cənab Zeyko Komnenoviç və digər ölkələrdən olan deputatlar “Azərbaycan ağacı”nın əkilməsi mərasimində iştirak ediblər.

Şəhər rəhbərliyi ATƏT PA-nın İpək Yolu Qrupunun konfransında iştirak edən ölkələrin adına əkilmiş ağacların qorunması və təhlükəsizliyinin təmin olunmasını öz üzərinə götürüb.\

Image

Image

Image

Chosen
0
2
turkustan.az

3Sources