EN

Hindistan və Pakistan niyə müharibə edir?

Hindistan və Pakistan arasında davam edən münaqişə regiondakı gərginliyi yaxından izləyən bir çox insanı düşündürür. 

Bu iki ölkə arasında müharibənin əsas səbəbi nədir? 

“Cebheinfo.az” xəbər verir ki, Hindistan və Pakistan arasında münaqişəyə səbəb 1947-ci ildə İngiltərənin Hindistandan çəkilməsi ilə yaranan Kəşmir problemi olub. Kəşmir əhalisinin təxminən 90%-i müsəlman olan, zəngin yeraltı sərvətləri və münbit torpaqları ilə tanınan bir bölgədir. Pakistan Kəşmirin öz nəzarətində olmasını istəyir, Hindistan isə bu ərazini tarixi baxımdan öz torpağı hesab edir. 

Kəşmir problemi bölgənin ozamankı hakimi Hari Sinqhin Hindistanla birləşmə qərarı verməsi ilə başlayıb. Bu qərar 1947–1948-ci illərdə Birinci Kəşmir Müharibəsinə səbəb oldu və nəticədə Kəşmir faktiki olaraq iki yerə bölündü. Birləşmiş Millətlər Təşkilatı bölgədə referendum keçirilməsini təklif etsə də, Hindistan bu təşəbbüsü qəbul etmədi. Sonradan 1965 və 1999-cu illərdə də Kəşmir səbəbilə daha iki müharibə baş verdi. 

Bu gün də Kəşmir məsələsi Hindistan və Pakistan arasında davam edən ciddi bir gərginlik mənbəyi olaraq qalır. 2025-ci ildə Hindistan ölkədə baş verən bir terror hücumunu Pakistandan idarə olunduğu iddia edilən "Dirəniş Cəbhəsi" adlı təşkilatla əlaqələndirdi və bu səbəblə İndus Suları Anlaşmasını dayandırdığını açıqladı. 

Bu addım iki ölkə arasında diplomatik və iqtisadi əlaqələrin pozulmasına, vəziyyətin müharibə səviyyəsinə gəlməsinə səbəb oldu. Pakistan isə bu hadisəni “müharibə səbəbi” kimi qiymətləndirdi. Qısacası, Hindistan və Pakistan arasındakı münaqişələrin əsasında Kəşmir bölgəsinin hansı ölkəyə məxsus olması və bölgədəki dini-etnik fərqliliklər dayanır. Bu problem indiyədək dörd dəfə müharibəyə və daimi gərginliyə yol açıb, hələ də öz həllini tapmayıb. 

Chosen
0
50
cebheinfo.az

10Sources