EN

Fələstinlə bağlı Londonda siyasi təkan

BAKI,TurkicWorld

Böyük Britaniyada Mühafizəkarlar Partiyasını təmsil edən bir qrup deputat və Lordlar Palatasının üzvləri Baş nazirə ünvanladıqları müraciətdə Fələstin dövlətinin rəsmi şəkildə tanınmasını tələb ediblər.

TurkicWorld xəbər verir ki, Londonda siyasi gündəmin əsas mövzularından birinə çevrilən bu çağırışda parlamentarilər Böyük Britaniya hökumətindən beynəlxalq ədalətin təmin edilməsi və regional sülhə töhfə vermək üçün konkret addım atmağı istəyiblər.

Müraciətə imza atan mühafizəkar deputatlar, Britaniyanın tarixi məsuliyyətinə diqqət çəkərək, Fələstinin tanınmasının Yaxın Şərqdə uzunmüddətli sabitliyə töhfə verəcəyini bildiriblər.

Müraciət ölkədə Fələstinlə bağlı ictimai və siyasi dəstəyin getdikcə artdığı bir dövrdə edilib. Son aylarda Britaniya cəmiyyətində, eləcə də universitetlərdə və siyasi çevrələrdə Fələstin məsələsinə dair həmrəylik aksiyalarının sayının artması fonunda bu təşəbbüs xüsusi diqqət çəkir.

Mühafizəkarlar Partiyasının bəzi üzvlərinin bu addımı partiya daxilində də mövcud olan müxtəlif mövqeləri əks etdirir.

BAKI,AzerVoice

Böyük Britaniyada Mühafizəkarlar Partiyasını təmsil edən bir qrup deputat və Lordlar Palatasının üzvləri Baş nazirə ünvanladıqları müraciətdə Fələstin dövlətinin rəsmi şəkildə tanınmasını tələb ediblər.

AzerVoice xəbər verir ki, Londonda siyasi gündəmin əsas mövzularından birinə çevrilən bu çağırışda parlamentarilər Böyük Britaniya hökumətindən beynəlxalq ədalətin təmin edilməsi və regional sülhə töhfə vermək üçün konkret addım atmağı istəyiblər.

Müraciətə imza atan mühafizəkar deputatlar, Britaniyanın tarixi məsuliyyətinə diqqət çəkərək, Fələstinin tanınmasının Yaxın Şərqdə uzunmüddətli sabitliyə töhfə verəcəyini bildiriblər.

Müraciət ölkədə Fələstinlə bağlı ictimai və siyasi dəstəyin getdikcə artdığı bir dövrdə edilib. Son aylarda Britaniya cəmiyyətində, eləcə də universitetlərdə və siyasi çevrələrdə Fələstin məsələsinə dair həmrəylik aksiyalarının sayının artması fonunda bu təşəbbüs xüsusi diqqət çəkir.

Mühafizəkarlar Partiyasının bəzi üzvlərinin bu addımı partiya daxilində də mövcud olan müxtəlif mövqeləri əks etdirir.

Chosen
0
turkic.world

1Sources