EN

Narkotik vasitələrin məhv edilməsi qaydalarına dəyişiklik edilib

Bakı. Trend:

“Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraqmüsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin vəonların prekursorlarının məhv edilməsi Qaydası”na dəyişiklikedilib.

Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli əsədov müvafiq qərarimzalayıb.

Sənədə əsasən, müsadirə edilmiş külli və xüsusilə külli miqdardanarkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarıAzərbaycan məhkəmə, prokurorluq orqanlarının və Daxili İşlərNazirliyinin, Ədliyyə Nazirliyinin, Səhiyyə Nazirliyinin, DövlətGömrük Komitəsinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət SərhədXidmətinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin vəNarkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşıMübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçiqrupunun nümayəndələrindən ibarət tərkibdə yaradılmış külli vəxüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotropmaddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiyatərəfindən aktlaşdırılaraq məhv ediləcək.

Naxçıvan Muxtar Respublikasının ərazisində müsadirə edilmişkülli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının məhv orqanların(qurumların) fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini NaxçıvanMuxtar Respublikasının ərazisində həyata keçirən müvafiq orqanların(qurumlar) və struktur qurumların nümayəndələrindən ibarət tərkibdəyaradılmış külli və xüsusilə külli miqdarlarda olan narkotikvasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhvedilməsi üzrə Naxçıvan Muxtar Respublikasının Komissiyasıtərəfindən həyata keçiriləcək.

Müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotikvasitələr, psixotrop maddələr və onların prekursorları Azərbaycanməhkəmə, prokurorluq orqanlarının və Daxili İşlər Nazirliyinin,Ədliyyə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin, habelə buorqanların fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini NaxçıvanMuxtar Respublikasının ərazisində həyata keçirən orqanların(struktur qurumların) rayonlarda (şəhərlərdə) fəaliyyət göstərənmüvafiq struktur bölmələri, Tibbi Ərazi Bölmələrini İdarəetməBirliyinin (Naxçıvan Muxtar Respublikasında Naxçıvan MuxtarRespublikası Tibb Müəssisələrinin İdarəetmə Birliyinin) müəyyənetdiyi tabeliyindəki müvafiq tibb müəssisəsinin nümayəndələrindənibarət tərkibdə yaradılmış rayon (şəhər) komissiyaları tərəfindənaktlaşdırılaraq məhv ediləcək.

Məqalədə:
Chosen
0
az.trend.az

1Sources