EN

Trampdan Hindistan-Pakistan müharibəsinə reaksiya: Rüsvayçılıqdır!

ABŞ prezidenti Donald Tramp Hindistan və Pakistan arasındakı münaqişəyə münasibət bildirib.

Turkustan.az xəbər verir ki, Tramp Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun andiçmə mərasimində Hindistanın Pakistana hücumu ilə bağlı açıqlama verib.

Prosesi "rüsvayçı" olaraq xarakterizə edən və yeni xəbərləri olduğunu deyən Tramp: "Bu, keçmişdə baş verən bəzi şeylərə əsaslanır. Uzun müddətdir mübarizə aparırlar. Əslində onilliklər, hətta əsrlər boyu mübarizə aparırlar. Ümid edirəm ki, tezliklə bitəcək" deyib.

Hindistan Ordusu Pakistan və Pakistanın Azad Kəşmir bölgəsindəki “hədəflərə” qarşı hərbi əməliyyata başladığını bildirib.

Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin (ISPR) baş direktoru general-leytenant Əhməd Şərif Çaudri Pakistanın Hindistanın raket hücumlarına öz seçdiyi vaxt və yerdə cavab verəcəyini bildirmişdi.

Aytən Yaşar/ Turkustan.az

Chosen
0
21
turkustan.az

10Sources