EN

Litvalı deputatlar: Rusiya ilə sərhədə müdafiə xətti çəkilsin

Yazını böyüt
Yazını kiçilt

Litva Vətən İttifaqı - Xristian Demokratlar Partiyası (SO-CDL) ölkənin mümkün Rusiya təcavüzünə daha yaxşı hazır olması üçün "Böyük Vitautas Müdafiə Xətti"nin yaradılmasını təklif edir.

Hafta.az-ın yazdığına görə, Litvanın Rusiya və Belarusla sərhədində tikilməsi təklif edilən bu xəttə piyada əleyhinə minalar, tank əleyhinə səngərlər, mobil zirehli qruplar və uzaqmənzilli artilleriya qurğuları ilə təchiz olunmuş müdafiə xətləri daxildir. Belə bir planın həyata keçirilməsi üçün təxminən 1 milyard avro tələb olunur.

SO-CDL prezidenti Laurynas Kasciunas mayın 5-də keçirilən mətbuat konfransındakı demişdi: “Hərbi mühəndisliyimiz dirçəldi, yeni həyat tapdı. Bu gün biz başqa ideya, başqa istiqamət təklif edirik. Düşünürük, sərhədi necə möhkəmləndirək ki, düşmənin ərazimizə daxil olması son dərəcə çətin olsun, böyük maneələrlə qarşılaşsın və biz onun irəliləyişini ləngitək. Şübhəsiz ki, bu plan bütün müdafiə strategiyamızı tamamlayacaq. Hesablamalarımıza görə, ehtiyac duyulan yerlərdə belə bir sistemi quraşdırsaq, təxminən 1 milyard avro xərcləməliyik. Amma təbii ki, bu ehtiyac ordunun planına daxildir”.

Kasciunas müdafiə xəttinin tikintisinin təxminən iki il çəkəcəyini də vurğulayıb.

Təklifi təqdim edən, eyni zamanda orduda xidmət etdikdən sonra təqaüdə çıxan Vladas Sakalauskas Böyük Vitautas Müdafiə Xəttinin 4 hissədən ibarət olacağını bildirib. Birinci xətt sərhədçilər tərəfindən idarə olunan “əjdaha dişləri” adlanan xəttdir; Bu, piyada və tank əleyhinə minaların, tikanlı məftillərin və tank əleyhinə xəndəklərin olduğu ərazi olacaq. Sakalauskas, ikinci xəttə yeraltı tunel vasitəsilə çata biləcəyini və orada tikanlı məftillər, partlayıcı qurğular və hərbi mövqelərin olacağını bildirib. Üçüncü müdafiə xətti Litvanın Vilkas (Qurd) piyada döyüş maşınlarından və müttəfiqlərin tırtıllı zirehli maşınlarından ibarət mobil zirehli qruplardan ibarət olacaq. Zirehli elektron döyüş maşınları da öz funksiyalarını yerinə yetirəcək. Dördüncü sıraya NASAMS hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli özüyeriyən silahlar daxil olacaq.

Sakalauskas təqdim etdiyi planla bağlı deyib: “Hər hansı müdafiə xətti hələ də pozula bilər, lakin bu müddət ərzində ordu səfərbər olunacaq, aviasiya və döyüş təyyarələri yerləşdiriləcək, yarım saat ərzində bu qüvvələri yuxarıdan “dayandıra” biləcəklər”.

Baş nazir Qintautas Paluckas verdiyi açıqlamada mühafizəkar millət vəkillərinin müdafiə xəttinin təkmilləşdirilməsi təkliflərinə münasibət bildirib. Baş nazir deyib ki, istehkamların tikintisi üçün bütün lazımi qərarlar alınıb və satınalma prosesi davam edir.

Chosen
0
hafta.az

1Sources