EN

Trampın başlatdığı ticarət müharibəsinin qlobal iqtisadiyyata təsirləri açıqlanıb

Roscongress Fondu, Trampın başlatdığı ticarət müharibəsinin qlobal iqtisadiyyata və Rusiyaya təsirlərini araşdırıb.

Busaat.az xəbər verir ki, hesabatda vergilərin qlobal bazarlarda böyük enişlərə səbəb olduğu, amma Rusiyanın iqtisadi strukturu sayəsində daha az təsirləndiyi qeyd edilib.

Rusiyanın emtia qiymətləri, Mərkəzi Bankın pul siyasəti və Ukrayna ətrafındakı geosiyasi vəziyyətin iqtisadiyyata təsir edəcəyi vurğulanır. Qlobal resessiya halında, emtiaların qiymətləri düşəcək və bu, büdcəyə əlavə yük gətirəcək.

Hesabatda həmçinin vergilərin qlobal ticarətə zərər verə biləcəyi və G7 ölkələrinin mərkəzi banklarının faiz endirimi və maliyyə genişlənməsi tədbirləri görməsi ehtimalı da bildirilib.

Aqil

Chosen
0
busaat.az

1Sources