“Yuventus” A Seriyasında heç-heçələrin sayına görə klub rekordunu təkrarlaya və ya yeniləyə bilər.
90deqiqe.Az “TuttoMercatoWeb”ə istinadən xəbər verir ki, Turin təmsilçisi İtaliya çempionatında 35 turun ardından 15 heç-heçə ilə yadda qalıb.
“Yuventus” klub tarixində yalnız iki dəfə – 1950-ci və 1960-cı illərin ortalarında daha çox heç-heçə qeydə alıb (müvafiq olaraq 17 və 16 dəfə).
Əgər İqor Tudorun komandası qalan üç turda iki heç-heçə daha edərsə, klubun rekordunu təkrarlayacaq.
Mayın 10-da “Yuventus” səfərdə “Latsio”, mayın 18-də evdə “Udineze”ni qəbul edəcək, final oyununda (25 may) isə Venesiyanın qonağı olacaq.