EN

Çempionlar Liqasında ilk finalçı hansı komanda olacaq?

Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmalarına start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk finalçının adına İtaliyada aydınlıq gələcək.

“İnter” doğma meydanda “Barselona”nı sınağa çəkəcək. Görüş saat 23:00-da başlayacaq.

UEFA Çempionlar Liqası

23:00. “İnter” (İtaliya) - “Barselona” (İspaniya)

İlk oyun - 3:3.

Çempionlar Liqasının yarımfinal mərhələsinin digər qarşılaşması sabah Fransada baş tutacaq. PSJ ilk oyunda 1:0 hesabı ilə məğlub etdiyi "Arsenal"ı qəbul edəcək.

Turnirin final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.

Chosen
0
8
sportinfo.az

10Sources