AZ

Ərəblərdən təklif aldı - “Mançester Yunayted”in ulduzu

Portuqaliya millisinin və “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Əl-Riyad” nəşri məlumat yayıb.

Məlumata görə, “Əl-Hilal” rəhbərliyi 30 yaşlı futbolçuya təklif göndərib. Səudiyyə Ərəbistanı klubu onunla üç illik müqavilə imzalamağa hazırdır. Onlar Fernandesin bütün maliyyə tələblərini ödəməyə razıdır.

Portuqaliyalı oyunçu 2020-ci ildən “qırmızı şeytanlar”ın heyətində çıxış edir. Onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədər qüvvədədir.

O, bu mövsüm bütün turnirlərdə 52 oyunda iştirak edib, 19 qol vurub və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
0
1
sportinfo.az

10Mənbələr